Xəzər dənizini ən çox çirkləndirən ərazi açıqlanıbbackend

Xəzər dənizini ən çox çirkləndirən ərazi açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Xəzər dənizinə tullantı sularının axıdılması halları xeyli azalıb”.

TİA.AZ xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə “Ekspert saatı”nda deyib.

Onun sözlərinə görə, ötən dövr ərzində həm Xəzərə axıdılan tullantı sularının həcmi, həm də axarların sayı azalıb:
”Lakin təkcə Abşeron yarımadasından Xəzərə gün ərzində 1 milyon kubmetr su axıdılır. Bunun qarşısının alınması üçün tədbirlər görülür”.