Xəzər dənizinə tökülən çay bağlana bilərbackend

Xəzər dənizinə tökülən çay bağlana bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda suyu Xəzər dənizinə tökülən Sefidrud çayının dənizə girişi bağlana bilər.

TİA.AZ-ın məlumatına görə, bunu İranın Xəzər dənizinin sahilyanı ərazilərin ətraf mühitinə təsiri üzrə beynəlxalq layihənin icraçısı Humayun Xoşrəvan IRNA-ya açıqlamasında deyib.

H.Xoşrəvanın sözlərinə görə, hazırda Sefidrud çayının deltasında problemlər yaranıb və çöküntülər çayın axınının qarşısını ala bilər.

Xoşrəvan əlavə edib ki, çöküntü prosesi bu formada davam edərsə və çayın aktiv dinamikası düzgün idarə olunmazsa, çayın dənizə birləşən hissəsi 5 ilədək bağlanacaq və bununla faciə baş verə bilər:

“Çünki bu çay Xəzər dənizinin cənub sahillərində ən böyük çaylardan biridir və 720 km uzunluğundadır. Çayın deltasında sahilin uzunluğu 110 kilometrdir və 3,6 min kvadrat-kilometr ərazini əhatə edir. Həmçinin çayın dənizə tökülən suyu orta hesabla ildə 3,8 milyon kubmetrdir və Xəzər dənizinin çöküntülərinin 40-dən çoxu Sefidrud çayı vasitəsi ilə təmin olunur”.

Xoşrəvanın sözlərinə görə, ilk növbədə Məncil su bəndində çöküntülərin Sefidrud çayına birləşən çaylara boşaldılması əməliyyatı həyata keçirilməlidir. Sonrakı mərhələdə çayın Xəzərə tökülən hissəsi çöküntülərdən təmizlənməlidir.