XEYRƏDDİN QOCA AQİL ABBASA CAVAB VERDİ – ÖZƏLbackend

XEYRƏDDİN QOCA AQİL ABBASA CAVAB VERDİ – ÖZƏL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Deputat olduğum dönəmdə heç bir biznesim olmayıb”.
Bunu TİA.Az-a keçmiş deputat Xeyrəddin Qoca deyib.
“Bilirsiniz Aqil Abbasla biz qələm yoldaşıyıq. Bəli, mən bu barədə yazmışam, gərək o yazıları oxuyaydı, sonra cavab verəydi. Necə ki, mən onun yazısını oxuyub sonra cavab verirəm. Bəli, mən bir daha deyirəm, deputatların çoxunun restoran şəbəkələri var. Mənim özümə qaldıqda isə deputat olduğum dönəmdə heç bir biznesim olmayıb. İndi də pensiya ilə yaşayıram. Pensiyamla dolanıram”.
Qeyd edək ki, Aqil Abbas ” bəlkə hansı deputatınsa restoranı var, mənim xəbərim yoxdur. Xeyrəddin Qoca da vaxtilə deputat olub, görəsən, onun da restoran biznesi olub? Özündən bunu da soruşmaq lazımdır” – deyə bildirib.”

Aytac

TİA.Az