Xersonda Rusiyanın bazası vuruldu – 150 ölübackend

Xersonda Rusiyanın bazası vuruldu – 150 ölü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələri hazırda Rusiya ordusunun nəzarətində olan Xerson vilayətində hərbi bazaya zərbə endirib.

TİA.AZ Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Odessa vilayət hərbi administrasiyasının spikeri Sergey Bratçuk açıqlayıb.

Onun sözlərinə görə, zərbə nəticəsində 150 rusiyalı hərbçi, o cümlədən bir general və beş zabit zərərsizləşdirilib.

Məlumata görə, Ukrayna ordusu bazaya “HIMARS” sistemləri ilə atəş açıb.