“XERSON UKRAYNADIR!” – Əhali işğalçılara qarşı ayağa qalxıb (VİDEO)backend

“XERSON UKRAYNADIR!” – Əhali işğalçılara qarşı ayağa qalxıb (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın rus qoşunları tərəfindən işğal olunmuş Xerson şəhərinin əhalisi yeni etiraz aksiyalarına başlayıb.

TİA.AZ Ukrayna mətbuatına istinadla xəbər verir ki, insanlar “Xerson Ukraynadır” şüarları ilə şəhərin mərkəzinə doğru axışmağa başlayıblar.

Xəbərdə deyilir ki, rus qoşunları aksiyanın qarşısını güc yolu ilə almağa hazırlaşır və bunun üçün gözyaşardıcı qazdan və travmatik silahlardan istifadə etmək fikrindədir. Buna baxmayaraq, işğalçıların hədə-qorxuları şəhər sakinlərini fikirlərindən yayındıra bilməyib.