XERSON MÜHASİRƏDƏ, 250 AZƏRBAYCANLI AİLƏ DÖVLƏTDƏN KÖMƏK İSTƏYİRbackend

XERSON MÜHASİRƏDƏ, 250 AZƏRBAYCANLI AİLƏ DÖVLƏTDƏN KÖMƏK İSTƏYİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Xerson şəhərində yaşayan azərbaycanlı Səməd İbadov rus qoşunlarının mühasirəsində olduqlarını bildirib. Bu barədə TİA. Az-a məlumat verən S. İbadovun sözlərinə görə, şəhər işğal edilib, komendant saatıdır, heç yerə çıxa bilmirlər. S. İbadov qeyd edib ki, Xersonda 250 azərbaycanlı ailə yaşayır və çətin vəziyyətdədirlər: “Artıq ərzaq tapmaq, mağazalardan məhsul almaq mümkün olmur.

Biz Azərbaycan dövlətindən, Rusiya və Ukrayna hökumətlərindən kömək istəyirik ki, Xersondan azərbaycanlıların çıxmasına kömək etsinlər. Biz uzun illərdir k, burada yaşayırıq, amma ailə-uşaqlarımız, yaşlılar üçün təhlükəli vəziyyət yaranıb, onların çıxmasına yardım edilməsini istəyirik”.

S.İbadov deyib ki, demək olar Xerson işğal olunub, mühasirədən çıxa bilmirlər: “Biz kişiyik, dözə bilərik, amma uşaqlar, qadınlar, yaşlılar üçün çıxmağa kömək etsinlər. Bizim saniyəmizə qarantiya yoxdur. Müvəqqəti azuqəmiz var, o da qurtara bilər. Şəhərin dükanlarında qida tapılmır, şəhərin bir tərəfində su yoxdur. Burada 250 ailə, yəni təxminən 800-1000 insan yaşayır. Biz çıxmasaq da olar, amma qadınların, uşaqların çıxmasına bizə şərait yaratsınlar”.

TİA. Az