Xərçəngi məhv edən yeni cihaz – Türkiyə aldı – VİDEObackend

Xərçəngi məhv edən yeni cihaz – Türkiyə aldı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Radiasion onkologiyada ən son yeni cihaz: MR LİNAK – Xərçəng xəstələri üçün ŞANS

MR Linak cihazı onkoloji müalicədə MRT və şüa müalicəsinin bir arada olduğu ən son model cihazdır. Dünyada bu cihazdan cəmi 19 ədəddir və ən bahalı, məşhur xəstəxanalarında yer alıb. Bütün Orta Asisya və Türkiyədə isə tək bir MR Linak cihazı var, o da Ankara Başkent Universitet xəstəxanasındadır.
MRT altında şişlərə dəqiq hücum
Medicina.az Başkent Universitet Ankara xəstəxanasının radioloq onkoloq uzmanı Gülər Yavaşdan cihaz barədə açıqlama alıb. Həmin açıqlamanı təqdim edirik:
MR Linakın xərçəng müalicəsində biz həkimlərə verdiyi ən əsas üstünlük, artıq şişi dəqiq görərək və müalicə əsnasında izləyərək, müdaxilə edə bilməyimizdir. Cihaz şişi dəqiqliklə məhv edir, yanaşı orqanlar, toxumaların hüceyrələrinə toxunmur, müayinə, müalicə müddətini azaldır, ən ağır xəstələrə xilas şansı verir.
MR bildiyimiz Maqnit Rezonans Tomoqrafiya (MRT) cihazıdır ki, yumşaq toxumaları, orqanları və orda olan şişi, metastazı, ətrafdakı orqanlarla sərhədlərini dəqiq göstərir, şişi dəqiq işarələtləməyə imkan verir.
Bu cihazda MRT ilə Limar radioterapiya müalicə cihazı kombinə şəkildə birləşib.
Bəzi şişlərin və onların qonşu orqan, toxumalara nüfuzunun komputer tomoqrafiyasında dəqiq görülməsi çətin olur. Eləcə də Komputer tomoqrafiyada radiasion X şüalardan yüksək dozada istifadə olunması orqanizm üçün əlavə zərər olduğu üçün xəstənin hər an KT-dən keçməsi mümkün olmur. Müalicə üçün şüa terapiyasından öncə və sonra xəstəni bir dəfə KT-dən keçirirdik. Müalicə əsnasında şişi izləyə bilmirdik.
KT zamanı bağırsaqlarda hərəkət, ya xəstənin hərəkəti, udqunması, nəfəsalması səbəbindən şişlər yerdəyişə bilir.
Daha sonra şiş yenidən öz yerini alır, amma biz bunu daha görə bilmirik. Müalicə ancaq KT çəkimi zamanı alınmış görüntülərə əsasən planlanırdı. Müalicə zamanı şişi görmürdük.
Ağıllı radioterapiyada isə xəstəni hər dəfə MR edərək, şişin anatomiyasını həmin gün üçün dəyərləndirib, dəyişiklikləri dəqiq görüb, şüa dozasını və yerini də həmin görüntüyə uyğun planlayırıq, müalicə gedişatını dəyişə bilirik.
MR görüntüləmə maqnetik rezonans istifadə olunduğuna görə xəstəyə zərər vermir və bu da birbaşa prosedur zamanı pasientin cihazdan hər dəfə keçməsi imkanı verir.
Bildiyimiz ki, xəstəlik yox, xəstə var. Hər xəstədə şişlər və onların dəyişməsi müxtəlif ola bilir. Məhz MR limak sayəsində fərdi, hər xəstənin özünə uyğun müalicə forması seçə bilirik. Artıq xəstənin o ankı durumuna, anatomik quruluşuna özəl müalicə aparılır.
Bu cihazda şişi dəqiqliklə şüalandıra bildiyimiz, kənar sağlam hüceyrələri zədələmək riski sıfıra endiyi üçün yüksək doz şüa seçə bilirik.
Bəzi şiş növləri var ki, onlara elə ilk başdan yüksək dozada şüa müalicəsi edə bilsək, şişdən və xəstəlikdən xilas olma şansları bir o qədər yüksəlir.
Radioterapiyada bunun qarşısını alan problem ətraf toxumalara da toksik təsir etməkdir. Ona görə müalicə zamanı nə qədər az çevrədə sağlam toxumaya şüa toxunarsa, bir o qədər xəstə üçün yaxşıdır.
Bunu da MR Linakla etmək mümkündür.
MR Linak hansı xərçəng növlərində uğurla istifadə oluna bilər?
Cinsindən, yaşından asılı olmayaraq, başdan ayağa bütün şişlərdə tətbiq oluna bilər. Pediatrik (uşaq) xəstələrdə də müəyyən formalarında istifadə edirik.
Ən uğurlu olduğumuz şişlər: Prostat, ginekoloji, beyin, süd vəzi, limfa, ağciyər, mədəaltı vəz, qalxanvari vəz, yoğun bağırsaq, qaraciyər şişləri, metastazları, sümük metastazları.
Müalicə müddətini qısaldır:
Bu cihazın bir üstünlüyü xəstənin radioterapiya şüa müalicəsinə daha az məruz qalması və daha tez müddətdə terapiyanı almasıdır. Daha yüksək dozada şüa verdiyimizdən xəstələri daha az yoraraq, daha az vaxtını alaraq müalicə almalarını təmin edirik.
MR cihazı diaqnostik cihaz deyil, müalicə cihazdır. Bu cihazdan sadəcə şiş axtarıb, diaqnoz qoymaq üçün istifadı edilmir. Bu cihazdan artıq xərçəng diaqnozu almış və bəlli şişi olan xəstələr keçə bilər.
Cihaz üçün şişin ölçüsünün önəmi yoxdur, istənilən şişi görə və müalicə edir.
2020-ci ildə bu cihaz xəstəxanamıza alındı, artıq bu cihazda çoxlu uğurlarımız var.
Bir çox xəstələrdə tam uğurlu nəticələr əldə etmişik. Əməliyyata alınmayan xəstələrdə şişi kiçildərək əməliyyat şansı yaratdıq. Çox xəstələr ağrılardan xilas oldu. Bu cihaz xəstələr üçün çox komfortlu və can rahatlığıdır.
Artıq Azərbaycandan bir çox ağır şişlər və metastazları olan xəstələr, hansı ki, burda əməliyyat və şüa terapiyası üçün belə imtina alıblar, bu cihazda müalicədən keçiblər.
Belə ki, qalxanvari vəzdə böyük şişi olan kişi xəstəyə Bakıda əməliyyat və şüa oluna bilməyəcəyi deyilib, çünki şiş əlverişsiz yerdə və ölçüdə idi. O xəstə MR Limak cihazında radioterapiya alaraq, xəstəliyə qalib gəlməyi bacarıb.
Radioloji onkoloq Güler Yavaşın MR Limak barədə ətraflı açıqlamasını təqdim edirik: