Xərçəngi əlamətləri olmadan aşkarlamaq mümkün olacaqbackend

Xərçəngi əlamətləri olmadan aşkarlamaq mümkün olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çində aparılan bir araşdırma çərçivəsində hazırlanan qan testi 5 fərqli xərçəng növünü simptomları ortaya çıxmadan əvvəl aşkar edə bilir.

“PanSeer” adı verilən bu qan testi simptomları olmayan, lakin sonradan xərçəng olduğu müəyyənləşən xəstələrin 95 faizində xərçəngi əvvəlcədən aşkarlayıb.

Bildirək ki, qan testi Çində 2007-2014-cü illər arasında götürülən nümunələrin təhlil edilməsi nəticəsində ortaya çıxıb. Nümunənin götürüldüyü 605 nəfərdən 191-nə 4 il sonra mədə, yemək borusu, ağciyər və qaraciyər xərçəngi olacağı ilə bağlı diaqnoz qoyulub.