Xərçəngə tutulan Vətən Müharibəsi Qəhrəmanı: “Müalicəm üçün heç yerə müraciət etməmişəm” – MÜSAHİBƏbackend

Xərçəngə tutulan Vətən Müharibəsi Qəhrəmanı: “Müalicəm üçün heç yerə müraciət etməmişəm” – MÜSAHİBƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycan Ordusunun baş leytenantı, Vətən Müharibəsi döyüşçüsü Qəzənfər Ağayev hazırda xərçəng xəstəliyindən əziyyət çəkir.

Qəzənfər Ağayev AZXEBER.COM-a müsahibəsində xəstəliyi ilə bağlı məlumat verib. O, qeyd edib ki, bu, elə bir xəstəlikdir ki, mütəmadi olaraq müalicə edilməlidir.
 
Həmin müsahibəni təqdim edirik:
– İlk olaraq özünüz haqda məlumat verərdiniz.
 
– Mən Qəzənfər Ağayev. 44 Günlük Vətən Müharibəsində iştirak etmişəm. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ yüksəkliyinin azadlığı uğrunda, Suqovuşanın azadlığı və Ağdam rayonunun azadlığı uğrunda gedən döyüşlərdə savaşmışam.
 
Prezident İlham Əliyevin 2020-ci il dekabrın 9-da imzaladığı sərəncama əsasən, “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülmüşəm. Eyni zamanda dövlət başçısının sərəncamları ilə “Ağdamın, Kəlbəcərin və Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişəm.
– Nə zaman yaralanmısınız?
– Oktyabr ayında vuruldum. Daha sonra isə ağrılarım artmağa başladı. Yanvar ayında müayinələrdə oldum. Aprel ayında isə əməliyyata götürüldüm. Əməliyyatdan sonra isə xərçəng diaqnozu qoyuldu.
 
– Xəstəliyin müalicəsi necə və harada olunmalıdır?
 
– Bu, elə bir xəstəlikdir ki, mütəmadi olaraq müalicə edilməlidir. Bakı şəhərində müayinə, müalicə olunurdum. Növbəti müayinə vaxtı isə noyabr ayındadır.
 
– Bununla bağlı kimlərəsə müraciət etmisinizmi?
 
– Bununla bağlı heç kimə müraciətim olmayıb. Müayinələri də özümüz etdirmişik. İndi də bu cür davam edir.
 
– Hazırda vəziyyətiniz necədir, müalicə vaxtının keçməsi səhhətinizdə hansısa fəsadlara yol açırmı?
 
– Bayaq dediyim kimi, növbəti müayinə vaxtı noyabr ayındadır. Buna görə də hələ vaxtı keçmiş demək olmaz. Hazırki vəziyyətimə gəldikdə isə əvvəlkinə nisbətən indi hələ özümü daha yaxşı hiss edirəm. Şükür ki, əvvəlki kimi deyil. Amma yenə də xəstəlik davam edir və müalicələr davam etdirilməlidir.
 
– Siz sosial şəbəkələrdə işıqlandırıldıqdan sonra yardım məqsədilə sizə müraciət edən olubmu?
 
– Mənə müraciət edən, yardım etmək istəyən olmayıb. Ümid edirəm ki, aidiyyatı qurumlar bu məsələyə reaksiya verər. İnşallah, Ali Baş Komandanın da göstərişi ilə mənə yardım olunar.