Xərçəngdən öncə gələn xəstəliklər açıqlandıbackend

Xərçəngdən öncə gələn xəstəliklər açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Araşdırmaçılar bir sıra infeksion xəstəliklər, həmçinin növbəti 6 il ərzində onkologiya inkişafı arasında olan əlaqəni aşkarlayıblar.

“Report” “Eurekalert”ə istinadən xəbər verir ki, araşdırmanı yaponiyalı alimlər aparıb.

Tədqiqat çərçivəsində 48 mindən çox insanın səhhəti araşdırılıb, qrip, hepatit, qastroenterit və pnevmoniyanın illik yayılma göstəriciləri nəzərə alınıb.

Alimlərin sözlərinə görə, onkoloji xəstəliklər kimyəvi kanserogenlərin təsiri altında əmələ gələn infeksion çevrədə yayılmağa başlayırlar. Bundan başqa, immun sisteminin pozuntusu da buna təsir edir.

Bildirilib ki, mədə xərçəngi olan pasiyentlər digərlərindən daha çox pnevmaniyadan əziyyət çəkir, hematoloji xərçəng xəstələri hepatitə, yumurtacıq xərçənginə düçar olanlar isə qripə yoluxur.

Bununla belə, araşdırma məhdud çərçivədə aparılıb. Məsələn, tədqiqata ətraf mühit, həyat tərzi və genetikanın təsirləri barədə heç bir bilgi yerləşdirilməyib.