“Xərçəng xəstəsisiniz, kartı yeniləyə bilmərik” – “Kapital Bank”dan müştəriyə ağır söz…backend

“Xərçəng xəstəsisiniz, kartı yeniləyə bilmərik” – “Kapital bank”dan müştəriyə ağır söz…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kapital Bank” vətəndaşa onkoloji xəstə olduğunu deyərək katını yeniləməkdən imtina edib. TİA.Az-ın xəbərinə görə, bu kuryoz hadisə bankın Yasamal filialında yaşanıb.
Vətəndaş Türkan Quliyevanın sözlərinə görə, anası “Kapital Bank”ın Yasamal filialına yaxınlaşıb, bütün bank şərtlərini ödəməyinə baxmayaraq ona kart təhvil verilməyib.
Buna səbəb kimi “Siz xərçəng xəstəsisiniz. Sizin kartınızı yeniləyə bilmərik” göstərilib. Bankın müştərinin sağlamlığı barədə necə məlumatlı olması kifayət qədər maraqlı məsələdir.
Digər tərəfdən, bank müştərinin onkoloji xəstə olduğunu üzünə deməklə həm onu mənəvi cəhətdən sarsıdıb, kartı yeniləməkdən imtina etməklə həm də onun ömrünə az qaldığını demək istəyib. Bu isə nə insanlığa sığışan haldır, nə bankın peşəkarlığıdır…
T.Quliyeva qeyd edir ki, maddi faktorlar bir kənara, onsuz da xərçəngdən əziyyət çəkən birinə bunu demək hansı profesionallığa, insanlığa sığır: “Mən bu barədə kimə necə şikayət edə bilərəm? Bank şikayətimi əsassız qəbul edir. Xahiş edirəm bunu birlikdə ictimailəşdirək. Bizim keçirdiyimiz hissləri başqaları keçirməsin”.

TİA.AZ