Tribuna İnformasiya Agentliyi

Xərçəng xəstəsi olan rejissor: “Bacım donor olsa…”

17 Dekabr

“Səhhətim hazırda daha yaxşıdır, xəstəliyim demək olar ki, dondurulub.” 

“Səhhətim hazırda daha yaxşıdır, xəstəliyim demək olar ki, dondurulub.”

Bu sözləri uzun müddətdir qan xərçəngindən müalicə alan tanınmış rejissor Şahin Zəkizadə TİA.AZ-a deyib. O, donor axtarışında olduğunu bildirib:

“İndi Bakıdakı müalicəmin bitməyini gözləyirəm. Sonra Təbrizə və ya İstanbula gedəcəyəm. Əməliyyat üçün donor axtarırıq, birinci növbədə ailəm, yaxınlarım yoxlanılacaq. Bacımla gedəcəyik, uyğun olsa, o donor olacaq. Olmasa, axtarışlara davam edəcəyik. Bir qədər yaxşı olsam da, hələ xəstəxanadayam, evə getməyimə icazə verilmir”.