XDMX-nin yüksək rütbəli zabiti qəfildən vəfat etdi – FOTObackend

XDMX-nin yüksək rütbəli zabiti qəfildən vəfat etdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin yüksək rütbəli əməkdaşı qəfildən dünyasını dəyişib. Bakupost.az xəbər verir ki, polkovnik-leytenant Mübariz Vəliyev dünən axşam saatlarında ürək tutmasından vəfat edib.

1970-ci il təvəllüdlü M.Vəliyev çalışdığı sahədə böyük xidmətləri olan zabitlərdən hesab olunub.

O, 2019-cu ildə Prezident İlham Əliyev tərəfindən Xidməti vəzifələrini yerinə yetirərkən əldə etdikləri yüksək nailiyyətlərə görə “İgidliyə görə” medalı ilə təltif edilib.

Mərhum bu gün dəfn olunub.