Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri Xarkov vilayəti üzərində Rusiya qırıcı təyyarəsini vurub.
Bu barədə TİA.AZ “Ukrainskaya Pravda”ya istinadla xəbər verir.
Bildirilir ki, martın 27-də Ukrayna Silahlı Qüvvələrinin İzyum vilayətində mobil hava hücumundan müdafiə bölmələri Rusiyaya məxsus Su-34 qırıcısını məhv edib.