XARKOV YAXINLIĞINDA RUSLARA AĞIR ZƏRBƏ VURULDU – 60-dan çox rus hərbçisini əsir düşdü, rus polkovniki öldürüldü-FOTOLARbackend

XARKOV YAXINLIĞINDA RUSLARA AĞIR ZƏRBƏ VURULDU – 60-dan çox rus hərbçisini əsir düşdü, rus polkovniki öldürüldü-FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna ordusu Xarkov yaxınlığında Rusiya hərbi qüvvələrinin onlarla əsgərini məhv edib.

“AzPolitika.info” “UNİAN”-a istinadla xəbər verir ki, martın 30-da Ukrayna Silahlı Qüvvələri Xarkov yaxınlığında Rusiyanın 138-ci motoatıcı alayının iki batalyon taktiki qrupunu və 59-cu Panzer alayının birləşmiş qüvvələrini məhv edib.

Öldürülən hərbçilərin bütün sənədləri və şəxsi məlumatları ələ keçirilib. Ərazidə aparılan müşahidələr zamanı, onlarla rus hərbçisinin cəsədi bir çuxurda aşkarlanıb.

Məlumatda qeyd olunur ki, Ukrayna ordusu bu istiqamətdə 60-dan çox rus hərbçisini əsir götürüb.

 

 

***

Ukrayna Müdafiə Nazirliyi ölkədəki durumla bağlı operativ məlumat yayıb.

Qurumdan bildirilib ki, genişmiqyaslı hücum davam edir: “Rus hərbçiləri Donetsk və Luqansk vilayətlərinin ərazilərinə tam nəzarəti ələ keçirmək üçün ölkəmizin şərqində hücuma hazırlaşırlar. Volın istiqamətində düşmənin mövqeyində və hərəkətlərində heç bir dəyişiklik olmayıb. Ukraynadan çıxarılan Rusiyanın bəzi hərbi bölmələri Belarus ərazisində yerləşirlər.

Mövcud məlumata görə, Rusiya Silahlı Qüvvələri yenidən qruplaşmaq üçün Şərq Hərbi Dairəsinin 35-ci Ümumqoşun Ordusunun və Rusiya Silahlı Qüvvələrinin Hava Desant Qüvvələrinin 76-cı Hücum Diviziyasının bölmələrini Belqorod və Voronej vilayətlərində hərəkətə gətirir. Severski istiqamətində qarşı tərəfin qüvvələri yenidən qruplaşdırılır. Bunun üçün Mərkəzi Hərbi Dairəsinin Bryansk və Kursk vilayətlərindəki bölmələrinin döyüş qabiliyyəti bərpa edilir, həmçinin 41-ci Ümumi Ordu və 90-cı Panzer Diviziyasının ayrı-ayrı hissələrinin Donetskə köçürülməsi başa çatdırılır. Slobojanski istiqamətində Xarkovun intensiv atəşə tutulması və şəhərin qismən blokadası davam etdirilir. Belqorod vilayətində ruslar digər əməliyyat bölgələrindən köçürülmüş hərbçilər üçün səhra düşərgələri qurublar”.

 

 

Məlumata görə, Rusiya Silahlı Qüvvələri İzyum istiqamətində Brajkivka və Sulyhivka yaşayış məntəqələri istiqamətində hücuma keçsə də, heç bir uğur qazana bilməyib: “Donetsk istiqamətində hücumlar davam edir. Əsas səylər Rubijne, Nıjne, Popasna və Novobaxmutivka yaşayış məntəqələrinin nəzarətə götürülməsinə və Mariupol şəhəri üzərində tam nəzarətin yaradılmasına yönəlib. Cənub Buq istiqamətində rus kəşfiyyatı gücləndirilib. Maryanske, Novovorontsovka, Novohryhorivka və Şevçenkove yaşayış məntəqələri artilleriyadan atəşə tutulub. Krım yarımadası ərazisindən Odessa vilayətinin yaşayış məntəqələrinə raket zərbələri endirilir. 

Donetsk və Luqansk vilayətlərində Rusiya Silahlı Qüvvələrinin 9 tankı, 7 zirehli maşını məhv edilib. Həmçinin ötən sutka ərzində rusların 2 helikopteri, 1 PUA-sı, 1 qanadlı raketi vurulub”.

Britaniya Müdafiə Nazirliyi məlumatında da bildirib ki, Rusiya Silahlı Qüvvələrinin əsas səyləri Donbas, Mariupol və Nikolayev istiqamətlərinə yönəlib.

Bildirilib ki, Rusiya Hərbi Hava Qüvvələrinin Ukraynanın cənubunda və şərqində fəallığının artırılması gözlənilir: “Lakin Rusiyanın Krım və Donbasda quru dəhlizi yaratmaq cəhdləri Ukraynanın müqaviməti ilə qarşılanır. Bundan başqa, Rusiya Silahlı Qüvvələri Ukraynanın mülki şəxslərini hədəf almaqda davam edir”.

Bu arada Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.

Məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından Rusiyanın 19 100-ə yaxın hərbçisinin zərərsizləşdirildiyi bildirilib.

Bundan başqa, hücum edən tərəfin 705 ədəd tankı, 1 895 ədəd zirehli döyüş maşını, 333 ədəd artilleriya sistemi, 108 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 55 hava hücumundan müdafiə sistemi, 151 ədəd hərbi təyyarəsi, 136 ədəd helikopteri, 1 363 ədəd nəqliyyat vasitəsi, 7 ədəd gəmi/kater, 76 ədəd yanacaq çəni, 112 ədəd dronu, 25 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi məhv edilib.

 

 

***

Ukraynada Rusiya ordusunun polkovnik-leytenantı Georgi Petrunin öldürülüb.

UNIAN xəbər verir ki, bu barədə “InformNapalm” beynəlxalq könüllülər birliyi və Rusiyanın təbliğat nəşrlərindən bildirilib.

Qeyd olunub ki, o, Samaranın hərbi komendantı olub, həmçinin Çeçenistan və Suriyada döyüşüb.

Xatırladaq ki, daha əvvəl Rusiya ordusunun daha bir yüksək rütbəli zabiti, motoatıcı batalyonun komandiri, mayor Ruslan Petruxin zərərsizləşdirilmişdi.

 

 

Bu arada yev vilayətinin Kiyev regional hərbi administrasiyasının rəhbəri Aleksandr Pavlyuk deyib ki, indiyədək Kiyevdə 10 minə yaxın döyüş sursatı zərərsizləşdirilib.

“RBK Ukraniya”ya istinadən xəbər verir ki, bu barədə KiOnun sözlərinə görə, vilayətdə minatəmizləmə əməliyyatları davam edir: “Son günlər eşidilən partlayış səslərinə səbəb sursatların utilizasiyasıdır. Bu səslər hələ uzun müddət davam edəcək. Çünki ərazidə xeyli sayda mina var”.

***

“Rusiyanın silahlı təcavüzü nəticəsində Ukraynada 176 uşaq ölüb, 324 uşaq isə yaralanıb”. Bu barədə isə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, Rusiyanın Ukraynadakı hərbi əməliyyatları nəticəsində 500-dən çox uşaq xəsarət

Qeyd olunub ki, aprelin 8-də Donetskin Kramatorsk dəmir yolu vağzalına raket hücumu nəticəsində 5 uşaq ölüb, 15-i yaralanıb.

Baş Prokurorluqdan vurğulanıb ki, uşaqlar daha çox Donetsk (102 nəfər), Kiyev (91), Xarkov (76), Çerniqov (50), Nikolayev (40), Luqansk (35), Zaporojye (35), Xerson (29) vilayətlərində, Kiyev (16), Sumı (16), Jitomir (15) şəhərlərində xəsarət alıb.