Xarici vətəndaş “Aztelekom”a baş direktor təyin olunubbackend

Xarici vətəndaş “Aztelekom”a baş direktor təyin olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) baş direktor təyin edilib.

Nazir Rəşad Nəbiyevin əmri ilə bu vəzifəyə Klaus Müller gətirilib.2016-2020-ci illərdə “Azərfon” MMC-nin icraçı direktoru olan K.Müller həmçinin “Deutsche Telekom” şirkətinin xarici mobil rabitə bölümündə baş əməliyyat direktoru vəzifəsində çalışıb.

K.Müllerin bu təyinata qədər son iş yeri isə “McKinsey & Co” şirkətində xarici məsləhətçi vəzifəsində olub.

Bu vaxta qədər “Aztelekom”un baş direktoru vəzifəsini müvəqqəti olaraq nazirliyin aparat rəhbəri Samir Məmmədov icra edirdi.

Təyinatla bağlı faktı qurumdan təsdiq ediblər.

Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aztelekom” MMC-nin tabeliyində 57 yerli Telekommunikasiya müəssisəsi (Gəncə Telekommunikasiya İdarəsi daxil olmaqla), Beynəlxalq Avtomat Telefon Stansiyası (BATS) və Kabel Magistralları Texniki Qovşağını (KMTQ) birləşdirir. Azərbaycan Respublikasının milli rabitə operatoru “Aztelekom” MMC fərdi və korporativ müştərilərə, rabitə operatorlarına və digər istifadəçilərə müxtəlif rabitə xidmətlərini təqdim edir.  “Aztelekom” MMC-nin genişzolaqlı internet xidməti Bakı şəhəri və Naxçıvan MR istisna olmaqla, bütün ölkə ərazisini əhatə edir.