Xaricdən Qarabağa gələn bəzi terrorçuların kimlikləri açıqlandıbackend

Xaricdən Qarabağa gələn bəzi terrorçuların kimlikləri açıqlandı

Ermənistan tərəfində muzdlu kimi döyüşmək üçün xarici ölkələrdən Dağlıq Qarabağa gəlmiş bəzi terrorçuların kimlikləri məlum olub.
TİA.AZ xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev BMT-nin İnsan Hüquqları üzrə Ali komissarı Mişel Baçeletə ünvanladığı məktubda məlumat verib.
“Fransa vətəndaşları – Artur Ohanisyan, ASALA terror təşkilatının üzvü Gilbert Minasyan (onunla birlikdə adları istintaqa məlum olmayan 15 nəfər şəxs), “Zouaves Paris” ekstremist qrupunun lideri Mark de Kakkerey – Valmenir, Gürcüstan vətəndaşlığından artıq məhrum edilmiş Vaaqn Çaxalyan, İran İslam Respublikasının vətəndaşı Harmik Hovsepiyan, Belarusiya vətəndaşı Serov Sergey Valeriyeviç, ABŞ vətəndaşı Aruşan Badasyan və digərlərinin muzdlu kimi döyüş əməliyyatlarında iştirak etmələri məlum olub” – K.Əliyev bildirib.
Baş prokuror əlavə edib ki, həmçinin, Ermənistan işğalından azad edilən ərazilərə baxış keçirilən zaman aşkar edilən 2 meyit üzərində muzdluların etnik mənşəyini sübut edən işarələr aşkar edilib və bu qeyd edilən digər faktlar muzdluların iştirakını bir daha təsdiq edir.
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki