Tribuna İnformasiya Agentliyi

“XARİCİ VƏTƏNDAŞLARIN TƏSİSÇİ OLMASINDAN NARAHAT OLMAQ LAZIM DEYİL”

06 Aprel

Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Şəmsəddin Hacıyev xarici sərmayədarların Azərbaycanda təhsil müəssisələrini tikməsinə şərait yaradılmasını bildirib.  

Lakin Ş.Hacıyevin bu fikrinə deputat Asim Mollazadə etiraz edib və bu məsələnin mümkün olmadığını deyib. 

Ş.Hacıyev isə deyib ki, məktəbəqədər təhsil müəssisəsi məscid deyil ki, vəhhabilik və digər cərəyanlarla məşğul olsunlar: “Ona görə də xaricilərə təsisçilik hüququ verilməlidir. Tədris və təsisçilik ayrı-ayrı məsələlərdir”.

Təhsil eksperti Kamran Əsədov TİA.AZ-a məsələyə münasibətini bildirdi:“Əslində təsisçilik təhsil haqqında qanuna görə xarici ola bilər. Amma bu qanunda onu çıxarıblar. Digər qanunlar onsuzda üstünlüyü bizə verir. Yəni onun müavini Azərbaycanlı olmalıdır, pay bölgüsündə 51/49-a bizdə olur. Bundan başqa bu təklif ölkəyə sərmayə qoyuluşu üçün müsbət addımdır. Təsisçi istədiyi tədrisi qura bilməz və istəyini uşaqlara öyrədə bilməz. O, Azərbaycan qanunvericiliyi ilə müəyyən olunur. Tələb olunan standartlar var. Ona görə də, düşünürəm ki, xarici vətəndaşların təsisçi olmasından narahat olmaq lazım deyil”.