Xanlar Fətiyevin federasiyasının yalanı üzə çıxdıbackend

Xanlar Fətiyevin federasiyasının yalanı üzə çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Üzgüçülük Federasiyasının yalanı üzə çıxıb.

Unikal.org-un məlumatına görə, federasiya Ramil Vəlizadənin də Tokio Yay Olimpiya Oyunlarına B lisenziyası qazandığını bildirsə də, Gənclər və İdman Nazirliyinin təqdim etdiyi Tokio Yay Olimpiya Oyunlarına və Yay Paralimpiya Oyunlarına lisenziya qazanmış idmançıların siyahısında onun adı yoxdur.

Sözügedən siyahıda təkcə üzgüçümüz Maksim Şemberevin adıqeyd edilib.

Unikal.org-un əməkdaşı Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Fərid Bananyarlı ilə əlaqə saxlasa da, qurum rəhbəri sözügedən xəbərdən məlumatsız olduğunu bildirib.

Qeyd edək ki, Milli Məclisin deputatı Xanlar Fətiyevin rəhbəri olduğu federasiyadan İstanbul şəhərində keçirilən Üzgüçülük üzrə Olimpiya Oyunlarına lisenziya xarakterli beynəlxalq yarışda millinin üzgüçüsü Ramil Vəlizadənin 200 metr “batterflay” üsulunda 1 dəqiqə 59 saniyə nəticə ilə beynəlxalq turnirin mütləq qalibi olaraq “Tokio-2021” Yay Olimpiya Oyunlarına B lisenziyası qazandığı bildirilmişdi.