XANKƏNDİDƏKİ SEPARATİZMİN DONBASDAN FƏRQİ NƏDİR? – NATİQ CƏFƏRLİbackend

XANKƏNDİDƏKİ SEPARATİZMİN DONBASDAN FƏRQİ NƏDİR? – NATİQ CƏFƏRLİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bütün sivil dünya haqlı olaraq Rusiyanın vəhşi həyasızlıqla Ukraynanın dörd bölgəsini ilhaq etməsinə, qondarma referendum nağıllarına etiraz edir, bu köntöylüyü qəbul etmir. TİA.Az xəbər verir ki, REAL Partiyasının əsas fiquru Natiq Cəfərli sual edib – yaxşı, bəs nədən söhbət Qarabağdan, “artsax”dan gedəndə, fərqli fikir bildirməyə çalışanlar olur?! Onun sözlərinə görə, düz 30 il idi ki, Ermənistan Rusiyanın (elə Moskva ilə birgə) biz isə Ukraynanın yerində olduq, bəs həmin ölkələrdən, həmin güc mərkəzlərindən nədən bir tık yox idi?! “Hələ indi də bəzi ölkələr, bəzi güc mərkəzləri yenə də “artsax”dan danışırlar, məhz belə çoxstandartlı siyasət Putini gücləndirdi, Rusiyanı həyasızlaşdırdı. Hətta Kosovo kimi geydirmə, axmaq, beynəlxalq hüquqa tüpürən presedent yaradıb Moskvaya “kozır” verdilər – dünyaya yeni liderlik, yeni qaydalar lazımdır, beynəlxalq hüququ gücdən üstün tutan sistem yaradılmalıdır, Rusiyanın başına qapaz dəyməsə, sabah Ukraynanın daha bir neçə bölgəsini, Qazaxıstanın yarısını, Belarusun isə tamamını işğal/ilhaq edəcək…”, – deyə N. Cəfərli əminliklə vurğulayıb

. TİA.Az