XANKƏNDİDƏ SİLAHLI TOQQUŞMA GÖZLƏNİLİR: BAKI MÜDAXİLƏ EDƏ BİLƏRMİ? – RƏYbackend

XANKƏNDİDƏ SİLAHLI TOQQUŞMA GÖZLƏNİLİR: BAKI MÜDAXİLƏ EDƏ BİLƏRMİ? – RƏY

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xankəndidəki separatçı-terrorçu rejimin qondarma “təhlükəsizlik şurası”nın iclasını keçiriblər. Bununla bağlı TİA.Az-a,danışaj siyasi şərhçi Asif Nərimanlı bildirib ki, həmişə “xarici təhlükə” adı ilə Azərbaycanın mümkün anti-terror əməliyyatlarına hazırlaşan separatçılar bu dəfə “daxili təhlükəsizliyi” müzakirə ediblər: “Əsas məqam “asayişi pozan şəxslərin müəyyən edilməsi”dir və bu, Ermənistandakı proseslər fonunda təsadüfi deyil.

“Qarabağ klanı”nın separatçı rejimi ələ keçirmək, İrəvana Xankəndidən təzyiq etmək planı var. Bu məqsədlə Xankəndidə silahlı qarşıdurma yaradıla bilər”.
Ekspert qeyd edir ki, ötən ay “general-mayor” Samvel Karapetyanın Xankəndidə silahlı atışması da bu ssenarinin mükünlüyünü aktuallaşdırdı: “Araikin “daxili təhlükəsizlik” və “asayişi pozan şəxslər” məsələsini gündəmə gətirməsi buna hesablanıb. Və bu, Xankəndidə silahlı toqquşmanın yaşana biləcəyi ehtimalını önə çıxarır. Bu ssenari işə düşərsə, Bakı “ictimai asayişin bərpa edilməsi”, “erməni vətəndaşların təhlükəsizliyinin qorunması” əsası ilə müdaxilə etmək məsələsini gündəmə gətirə bilər”.

TİA.Az