XANKƏNDİDƏ QAZ BÖHRANI: SÜLHMƏRAMLILARA ŞİKAYƏT EDİRLƏR – POLİTOLOQDAN TƏKLİFbackend

XANKƏNDİDƏ QAZ BÖHRANI: SÜLHMƏRAMLILARA ŞİKAYƏT EDİRLƏR – POLİTOLOQDAN TƏKLİF

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan rəsmiləri və Qarabağdakı separatçılar rus sülhməramlılara şikayət edirlər ki, Azərbaycan Qarabağa uzanan qaz boru xəttindən qazın nəqlini dayandırıb. TİA.Az xəbər verir ki, politoloq Elxan Şahinoğlu Ermənistanın Azərbaycan ərazisindən Qarabağa uzanan boru xəttini qanunsuz tikildiyini sosial media hesabında yazıb. Ekspertin sözlərinə görə, bu boru xəttini işğal dövründə tikiblər: ” Azərbaycan öz torpaqlarını əksər hissəsini işğaldan azad etdikdən sonra boru xəttinin bir hissəsi nəzarətimiz altına keçib. Ermənistan həmin boru xəttiylə bağlı Azərbaycanla danışıqlar aparmalıdır. Boru xəttiylə qazın nəqli qanunvericiliyimizlə tənzimlənməlidir. Digər tərəfdən qaz ölkəsi olan Azərbaycan erməni vətəndaşlarının yanacaqla təminatını özü həll edə bilər. Ancaq bunun üçün Qarabağın tamamında Azərbaycan qanunlarının icrası təmin edilməlidir. Əgər Ermənistan hakimiyyəti və Qarabağdakı separatçılar bu reallığı qəbul etmək istəmirlərsə, bölgəyə qazın, suyun və verilməsində fasilələrin yaranacağı faktını qəbul etmək məcburiyyətindədirlər”.

TİA.Az