“XANKƏNDİDƏ MEYİDLƏRİ YIĞMAĞA YER TAPMIRLAR, ERMƏNİ ƏSGƏRLƏRİ ÖZLƏRİNİ QAYADAN ATIRLAR”backend

“XANKƏNDİDƏ MEYİDLƏRİ YIĞMAĞA YER TAPMIRLAR, ERMƏNİ ƏSGƏRLƏRİ ÖZLƏRİNİ QAYADAN ATIRLAR”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Artıq bir neçə gündür Qarabağ müharibəsinin ən həlledici mərhələsi hesab olunan Şuşa şəhəri uğrunda döyüşlərin getdiyi gündəmin əsas mövzusu olub. TİA.AZ xəbər verir ki, erməni tərəfi şəhərdə aktiv döyüşlərin getdiyini bildirsə də, Azərbaycan Müdafiə Nazirliyi maksimum dərəcədə susmağa üstünlük verir.
Qarabağda olan və bu gün çıxarılaraq İrəvana aparılan jurnalistlər isə bölgədəki vəziyyətin dəhşətli olduğunu yazırlar. Belə ki, onlar Xankəndi xəstəxanalarının yaralı və meyitlə dolu olduğunu bildirirlər. “Xankəndidəki xəstəxanalarda yaralı və ölmüş erməni əsgərlərinin əlindən tərpənmək mümkün deyil. Hətta onları yığmağa yer tapa bilmirlər. Üst-üstə qalaqlanmış meytləri biz kinolardan, nağıllardan görüb, eşitmişdik. Amma burada öz gözlərimizlə gördük”.
Onlar qeyd edirlər ki, həkimlərlə yanaşı, hərbçilər də nə edəcəklərini bilmirlər. “Şuşadan gətirilən yaralıların çoxu ya yolda ölür, ya da əməliyyat otağına çatmır. Vəziyyət dəhşətlidir”.
TİA.AZ xəbər verir ki, media nümayəndələri Şuşa şəhərində şiddətli döyüşlərin getdiyini də bildirir. Onların dediyinə görə, Azərbaycan Ordusu bütün istiqamətlərdən aramsız hücumlar təşkil edir. “Ermni əsgərləri hansı tərəfdə döyüşəcəklərini belə bilmirlər. Çünki dörd tərəfdən, üstəlik havadan atəş altındadırlar. Bəzi erməni əsgərləri sağ qalmaq üçün özlərini qayalardan belə atırlar. Qorxu içində olanlar isə səngəri atıb qaçırlar”.