XANKƏNDİ İLƏ İRƏVAN ARASINDA QARŞIDURMANIN GİZLİNLƏRİ – TƏHLİLbackend

XANKƏNDİ İLƏ İRƏVAN ARASINDA QARŞIDURMANIN GİZLİNLƏRİ – TƏHLİL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xankəndi ilə İrəvan arasında ciddi qarşıdurma baş qaldırıb. TİA.Az-ın Siyasət şöbəsi yazır ki, Araik Qarabağın pulunun Ermənistandan gəldiyini bildirib, yəni İrəvan olmasa Qarabağ olmayacaq.
Paşinyan komandasının indiki ana qədər heç bir reaksiyası yoxdur. Son seçkilər Qarabağda siyasi böhran yaradıb. Bu, son 25 ildə yaranmış separatçı idarəetmə maşınının sındırılmasına yol aça bilən prosesdir. Eyni zamanda Paşinyan əleyhdarları üçün yeni bir sığınacaq yuvasının formalaşmasıdır.
Ola bilsin “Qarabağı satan Paşinyan” hay-küyü ilə maraqlı qüvvələr Xankəndini İrəvanın təsiri altından çıxarmağa cəhd edir. Əgər Xankəndində Paşinyana düşmən olan qüvvələr söz sahibinə çevriləsələr o zaman parçalanma dərinləşəcək.
Həmin qüvvələr İrəvana deyil, Moskvaya üz tuta bilər. Kreml isə bundan təzyiq kartı kimi istifadə edəcək. Üstəlik Qərbin situasiyaya müdaxilə cəhdləri vəziyyəti mürəkkəbləşdirə bilər.
Bakı prosesləri diqqətlə izləməlidir. Orada hər hansı qondarma referendum, seçki keçirmək cəhdlərinə qarşı sərt mövqeyini ortaya qoymalı, XİN nota verməlidir. Qarabağ “üçüncü əl”in nəzarətinə keçməməlidir.

TİA.Az