XANKƏNDİ DEKABRDA “REFERENDUMA” GEDİR, ARAİK YOLA SALINIRbackend

XANKƏNDİ DEKABRDA “REFERENDUMA” GEDİR, ARAİK YOLA SALINIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağda olan separatçılar dekabrda referendum keçirməyi planlaşdırır. TİA.Az Ermənistanın “Past” qəzetinə istinadla xəbər verir ki, referendum qondarma “konstitusiyanı” dəyişdirmək məqsədi ilə keçiriləcək. Əsas məsələ “prezidentin” seçilməsi proseduru ilə bağlıdır. Qəzet yazır ki, referendumdan sonra gələn il prezident seçkilərinin keçirilməsi nəzərdə tutulur. Mənbə bildirir ki, Arayik Arutyunyan referendumdan sonra nəinki prezident postunu tərk edəcək, hətta yaxın çevrəsində bir dəfə də olsun danışmadığı siyasətdən getməyə hazırlaşdığını bəyan edəcək.
“Past”ın yazdığına görə, Qarabağda konkret siyasi aktivlik yoxdur. Lakin tezliklə daxildə siyasi qarşıdurmaların aktivləşəcəyi gözləniləndir. Yeni prezidentin namizədliyi ilə bağlı hələ də konsensus yoxdur və hazırda bu barədə heç bir müzakirə aparılmır. Çox güman ki, müzakirələrə gələn ilin əvvəlində başlayacaqlar.

TİA.Az