Tribuna İnformasiya Agentliyi

Xanım yazardan TV-lərə qarşı ağır ittihamlar – “Pullar mütəşəkkil dəstəyə çatır” – VİDEO

08 İyun
“Azərbaycan televiziyalarında yayımlanan xeyriyyəçilik verilişlərində yığılan pullar kimlərində cibinə gedir. Xalqı aldadırlar. Orada heç bir xeyriyyəçilikdən söhbət gedə bilməz”.
BakuPost xəbər verir ki, bu ağır ittihamla xanım yazıçı Aysel Əlizadə çıxış edib. 18 yaşından televiziyalarda işlədiyini, buna görə də mətbəxi dəqiq bildiyini deyən yazar, xeyriyyəçilik adıyla dələduzluq edildiyini iddia edib: “Mən dəqiq araşdırma apardım. Məlum oldu ki, öyrədilmiş “xəstə”, “imkansız” adamları efirə çıxarıb, onların adına pullar yığırlar. O pullar hara gedir,  bilinmir”.
A.Əlizadə əlavə edib ki, bu işlə mütəşəkkil dəstə məşğul olur:”Böyük bir şəbəkədirlər. İnsanları efirə çıxarıb, kimlərinsə hissi ilə oynayırlar. Onların pullarını mənimsəyirlər. Ortada böyük pullar qazanılır. Buna görə, televiziyalar həmin layihələrə efir verir. Yoxsa kiminsə xəstə, əlacsız olması, bu xalqın dərdləri onların vecinə də deyil”.
Bakı Post