Tribuna İnformasiya Agentliyi

Xamenei: “ABŞ-dan İrana həmişə şər gəlib”

16 Noyabr

Amerikada kimin prezident seçilməsinin bizim üçün heç bir mənası yoxdur. 

Amerikada kimin prezident seçilməsinin bizim üçün heç bir mənası yoxdur.

tia.az xəbər verir ki, bunu İsfahan əhalisi qarşısında çıxışı zamanı İranın Ali Dini lideri Ayətullah Xamenei söyləyib. Onun sözlərinə görə, Amerika indiyə qədər dəyişməyib:

“Keçən 37 il ərzində iki partiyadan hansının hakimiyyətə gəlməsindən asılı olmayaraq, İran bundan heç bir xeyir götürməyib. Amerikadan daima İran xalqına şər gəlib. Amerikadakı seçimlərin nəticələrinə nə sevinirik, nə də məyus oluruq. Allahın izni ilə bütün hadisələrə hazırıq”.