Tribuna İnformasiya Agentliyi

Xalqa həsr olunan ömür

05 Dekabr

Bu gün Hacıqabul rayonunda  Heydər Əliyev Mərkəzində Ulu öndər Heydər Əliyevin vəfatının 13-cü ildönümünə həsr olunmuş silsilə tədbirlərdən biri “Xalqa həsr olunan ömür” adlı tədbir keçirildi.  

Bu gün Hacıqabul rayonunda  Heydər Əliyev Mərkəzində Ulu öndər Heydər Əliyevin vəfatının 13-cü ildönümünə həsr olunmuş silsilə tədbirlərdən biri “Xalqa həsr olunan ömür” adlı tədbir keçirildi. 

Tədbirdə təhsil, mədəniyyət işçiləri, məktəblilər iştirak etdilər.

Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Aytən Zülfəliyeva açdı və qeyd etdi ki, Dahi şəxsiyyət, Ulu öndər Heydər Əliyevin vəfatının ildönümü ərəfəsindəyik.Bununla əlaqədar Heydər Əliyev Mərkəzində silsilə tədbirlər keçirilir. Sonra çıxışında qeyd etdi ki, Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir.

Sonra Mərkəzin bələdçisi Xanımana Abdullayeva, Mərkəzin zal baxıcısı Təranə Məlikova və 1 saylı tam orta məktəbin müəllimi Adilə Salmanova çıxış etdilər.

Sonda Heydər Əliyevə həsr olunmuş “Əbədiyyət yolu” sənədli filmi nümayiş olundu.