“Xalq” və “Əməkdar” fəxri adı daşıyanların sayı və aldıqları təqaüd – Açıqlandıbackend

“Xalq” və “Əməkdar” fəxri adı daşıyanların sayı və aldıqları təqaüd – Açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son bir ildə Azərbaycanda təqaüd alan “Xalq” və “Əməkdar” fəxri adı daşıyanların sayı 3,7% və ya 172 nəfər artıb.
Yeniavaz.com-un açıqlanan rəsmi statistikaya istinadən apardığı hesablama göstərir ki, son bir ildə “Xalq” fəxri adı daşıyanların sayı 3 nəfər azalıb, “Əməkdar” fəxri adı daşıyanların sayı isə 175 nəfər artıb.
Bu ilin iyul ayının əvvəlinə olan sonuncu məlumata görə, Azərbaycanda 263 nəfər “Xalq”, 4 590 nəfər  isə “Əməkdar” fəxri adına görə təqaüd alır.
Onu da bildirək ki, “Xalq” və “Əməkdar” fəxri adı daşıyan şəxslərə verilən təqaüdün məbləği son bir ildə artıb. “Xalq” fəxri adı daşıyanların təqaüdləri 30 manat artaraq 180 manata, “Əməkdar” fəxri adı daşıyanlara isə 20 manat artaraq 120 manata çatıb.