Tribuna İnformasiya Agentliyi

“Xalq Sığorta” şirkəti birinci rübdə 547 min manat zərər edib

12 May

“Xalq Sığorta” ASC-nin cəmi aktivləri illik 2,9% azalaraq 2018-ci il aprelin 1-nə 52 575 min manat təşkil edib.

TİA.AZ bu barədə şirkətin rüblük maliyyə hesabatına istinadən xəbər verir.

Bu müddətdə şirkətin öhdəliklərində də azalma qeydə alınıb. Belə ki, şirkətin öhdəlikləri illik 14,2% azalaraq birinci rübün sonuna 6 905 min manata düşüb. 2018-ci il aprelin 1-nə şirkətin nizamnamə kapitalı 46 188 min manat, cəmi kapitalı 45 669 min manat olub.

“Xalq Sığorta” bu ilin birinci rübü ərzində 546,7 min manat zərər edib. Hesabat dövründə şirkətin cəmi gəlirləri 1 271 min manat, cəmi xərcləri 1 818 min manat həcmində olub.

Xatırladaq ki, şirkət 2017-ci ilin birinci rübündə isə əksinə, 1 336 min manat mənfəət əldə edib.