“Xalq Bank”ın mənfəəti 23%-dək – AZALIBbackend

“Xalq Bank”ın mənfəəti 23%-dək – AZALIB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Xalq Bank” 2020-ci ilin son rübünə olan maliyyə göstəricilərinin əksəriyyətində geriləyib.
“Kommersant.az” bankın açıqladığı hesabata istinadən xəbər verir ki, “Xalq Bank”ın cəmi aktivləri 2020-ci ilin sonunda 105 milyon 378 min manat və ya 4.2% azalaraq 2 milyard 353 milyon 90 min manata enib. Azalmanın əsas səbəbi bankın müştərilərinə verdiyi xalis kreditlərin həcminin 345 milyon 332 min manat və ya 19.2% azalaraq 1 milyard 454 milyon 135 min manata düşməsidir. Bundan başqa bankın cəmi öhdəliklərində də azalma müşahidə olunub. Belə ki, “Xalq Bank”ın öhdəliklər cəmi 1 il ərzində 122 milyon 436 min manat və ya 6% azalaraq 1 milyard 916 milyon 302 min manatadək düşüb. Bunun əsas səbəbi isə bankda yerləşdirilən depozitlərin 124 milyon 443 min manat və ya 7.2% azalaraq 1 milyard 590 milyon 491 min manata enməsidir.

“Xalq Bank”ın aktivlər cəmi 1 il ərzində 17 milyon 59 min manat artaraq 436 milyon 788 min manata çatıb.

Bankın faiz gəliri 103 milyon 447 min manat, faiz xərcləri 19 milyon 676 min manat olub. Buna görə də bankın xalis faiz gəliri 78 milyon 896 min manat təşkil edib ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 5 milyon 363 min manat azdır. Qeyri-faiz gəliri 27 milyon 507 min manat, qeyri-faiz xərcləri isə 54 milyon 260 min manat olan bankın əməliyyat mənfəəti 52 milyon 143 min manata çatıb.

“Xalq Bank”ın xalis mənfəəti 1 il ərzində 7 milyon 672 min manat və ya 22.9% azalaraq 25 milyon 774 min manata düşüb. Buna görə də bankın mənfəət vergisi 1 milyon 709 min manat azalıb.

Bankın məcmu kapitalı 9 milyon 421 min manat azalaraq 420 milyon 540 min manata enib.