Xalq artistinin məzardaşı niyə hazır deyil? – Maddi durumu ağır olan ailəsindən AÇIQLAMAbackend

Xalq artistinin məzardaşı niyə hazır deyil? – Maddi durumu ağır olan ailəsindən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərhum xalq artisti Arif Quliyevin məzardaşının hazırlanması üçün ailəsinin maddi imkanı yoxdur.

Bu barədə aktyorun ailəsindən Yenicag.az-a bildirilib. Ailə üzvləri bunun üçün Mədəniyyət və Turizm Nazirliyindən dəstək gözləyir.

Qeyd edək ki, dünən aktyorun sənət dostu Natiq Fərzəliyev də saytımıza açıqlamasında bu barədə məlumat verib. O, mərhum xalq artistinin məzardaşının düzəldilməsi üçün ailəsinin maddi durumunun buna imkan vermədiyini bildirib.

Xatırladaq ki, xalq artisti Arif Quliyev Qaradağ rayonu “Qurd qapısı” qəbiristanlığında dəfn olunub. Ölümündən 40 gün keçməsinə baxmayaraq, aktyorun qəbirüstü daşı hələ də hazırlanmayıb.