Tribuna İnformasiya Agentliyi

Xalq artistinin 100 illik yubileyi keçiriləcək

06 Dekabr

Xalq artisti Rəşid Behbudovun anadan olmasının 100 illiyinə həsr edilən yubiley gecəsi keçiriləcək. 

Xalq artisti Rəşid Behbudovun anadan olmasının 100 illiyinə həsr edilən yubiley gecəsi keçiriləcək.

TİA.AZ xəbər verir ki, tədbir dekabrın 14-də Heydər Əliyev Sarayında baş tutacaq.

Azərbaycan Respublikası Prezidentinin “Rəşid Behbudovun 100 illik yubileyinin keçirilməsi haqqında” 18 mart 2015-ci il tarixli, 1117 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi Tədbirlər Planı hazırlayıb.