Xalq artistində xərçəng xəstəliyi aşkarlandı, təcili xəstəxanaya yerləşdirildibackend

Xalq artistində xərçəng xəstəliyi aşkarlandı, təcili xəstəxanaya yerləşdirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Akademik Milli Dram Teatrının aparıcı aktyoru, Xalq artisti Ramiz Novruz təcili xəstəxanaya yerləşdirilib.
TİA.AZ xəbər verir ki, aktyorun oğlu Cavidan Novruz bu haqda məlumat yayıb.
O bildirib ki, atasının vəziyyəti qəfildən pisləşib və onlar həkimə müraciət etməli olublar.
İlkin müayinədən sonra aktyora mədə xərçəngi diaqnozu qoyulub.
Aktyorun oğlu qeyd edib ki, Xalq artistinin müalicəsi Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb.
Allah şəfa versin.