Tribuna İnformasiya Agentliyi

Xalq artisti dünyasını dəyişdi

10 Yanvar

Rusiyanın xalq artisti Mixayıl Derjavin 82 yaşında dünyasını dəyişib.

Axşam.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə aktyorun çalışdığı Moskva Satira Teatrı məlumat yayıb. Xalq artistinin ölüm səbəbi haqda heç nə deyilmir.

Qeyd edək ki, uzun müddətdir ağır xəstəliklə mübarizə aparan Derjavin 1936-cı ildə Moskvada anadan olub. Şukin adına texnikumu bitirdikdən sonra Lenin adına Moskva Teatrında işləməyə başlayıb. O, 1968-ci ildən Satira Teatrında fəaliyyət göstərib.