backend

Xalidə Bayramovanın bu hərəkəti dövlət siyasətinə zərbə vurmaqdır – Professor

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Bu xoşagəlməz hadisədir. Pandemiya üzrə dövlət siyasətinin düzgün həyata keçirilməsinə, bu mübarizəyə rəhbərlik etmək əvəzinə mane olmaq, sui-istifadə etmək vəzifə səlahiyyətlərini aşmaq məmura yaraşmayan hərəkətdir”.
Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla Səbail RİHB-nin birinci müavini Xalidə Bayramovanın yaxın qohumuna saxta peyvənd sənədi tələb etməsi ilə bağlı məlumata aydınlıq gətirərkən deyib. Professor hesab edir ki, heç bir qurum Operativ Qərargahın işinə qarşa bilməz:
“Bununla bağlı hüquq-mühafizə orqanları müəyyən qərarlar verməlidirlər. Operativ Qərargah bu prosesdə dövlətin siyasətini həyata keçirir. Vaksinasiya üzrə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələri əsasında fəaliyyət göstəririk. Bu cür halların olması göstərir ki, deyilən şaiyələr əsassız deyil. Yalandan, saxta arayışların alınması, bundan istifadə edilməsi halları var. Bu da onun bir təsdiqidir. Amma bir şey var ki, bu işlə məşğul olan həkimlər qətiyyən belə hallara yol verməməlidir. Saxta arayışlar, yollar əslində pandemiya ilə mübarizəyə zərbə vurmaqdır. Hesab edirəm ki, bununla bağlı müəyyən tədbirlər görülməlidir”.
Qeyd edək ki, Baş Prokurorluq Səbail RİHB-nin birinci müavini Xalidə Bayramovanın vəzifə səlahiyyətlərini aşması ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, Xalidə Bayramova Səbail rayonu ərazisində yerləşən 1 saylı Şəhər Poliklinikasının vəzifəli şəxslərinə zəng edib COVID-19 xəstəliyi əleyhinə vaksinasiya prosesi ilə əlaqədar yaxın qohumuna peyvənd vurulmadan peyvəndlənmiş şəxs kimi qeydiyyata alınaraq bu barədə tibbi sənədin verilməsini tələb edib.