XAÇMAZDA YAŞILLIĞA HANSI ŞİRKƏT QƏNİM KƏSİLİB? – NAZİRLİK EKOLOJİ TERRORU İFŞA ETDİbackend

XAÇMAZDA YAŞILLIĞA HANSI ŞİRKƏT QƏNİM KƏSİLİB? – NAZİRLİK EKOLOJİ TERRORU İFŞA ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gündür sosial şəbəkələrdə və elektron mediada həşir salıb, şivən qoparılır ki, Xaçmazda meşələr məhv edilir, yaşıllıqlar terror olunur, ekoloji genosid yaşanır, bəs aidiyyatı qurumlar hara baxır?!…
Müvafiq orqan deyəndə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur. Lakin məlum olur ki, Xaçmazda heç də meşələr qırılmır, təbiətə qarşı meşə fonduna aid ərazilərdə soyqırım yaşanmır. Sadəcə, ağacların kəsilməsi faktı bələdiyyə sənədli xüsusi mülkiyyət üzərində qeydə alınıb.
TİA.Az xəbər verir ki, ona görə də bu məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə yönəlik iradların əsassız olduğu aydınlaşıb. Nazirlik öz üzərinə düşən işi həyata keçirib, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən aparılan araşdırma aparılıb.
Məlum olub ki,  Xaçmazın Fərzəlioba kəndində xüsusi mülkiyyətdə olan təqribən 27 hektar sahədə “Qərb Ekol” şirkəti tərəfindən aqrobağ salınması məqsədilə müxtəlifcinsli ağac və kol bitkiləri kəsilib. Yəni nə meşələr məhv olunur, nə meşə fondunun balansında olan yaşıllıq massivinə əl uzadıblar.
Nazirlik isə öz növbəsində həmin ərazidə sənədləşmə və ölçmə işləri aparılıb. Araşdırma zamanı təbiətə ümumilikdə 65 040 manat məbləğində ziyan dəydiyi hesablanıb və dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından sənədlər Xaçmaz rayon prokurorluğuna göndərilib.
Yəni Ekologiya və Təbii Sərvətlər Nazirliyi xüsusi mülkiyyətdə olan ərazidə ağacların kəsimi ilə bağlı bundan artığını etmək səlahiyyətinə malik deyil. Odur ki, tənqid səslənəndə gərək əsaslı olsun.

ETSN araşdırma aparıb, “Qərb Ekol” şirkətinin ekoloji cinayətini müəyyən edib və iş prokurorluğa göndərilib. Cinayət işi açılacaq, prokurorluq materialları məhkəməyə göndərəcək, günahkarlara cəza kəsiləcək.
Belə ki, ərazidə iş aparan “Qərb Ekol” şirkəti ilə mülkiyyət sahibi Adil Səlimov adlı şəxs arasında razılaşma əldə edilib və aqrobağın salınması üçün işlərə başlanılıb.
Lakin iş aparan “Qərb Ekol” şirkəti tərəfindən aqrobağ salınması üçün qanunamüvafiq sənədləşmə işlərinin aparılmadığı məlum olub.
ETSN-nin mətbuat katibi İradə İbrahimova bildirib ki, hazırda Xaçmaz Rayon Prokurorluğunda bununla bağlı araşdırma aparılır.

TİA.Az