Xaçmazda Regional Sınaq Laboratoriyasının açılışı oldu – Fotobackend

Xaçmazda Regional Sınaq Laboratoriyasının açılışı oldu – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabrın 27-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyev Xaçmaz şəhərində olub. Əvvəlcə Agentliyin sədr müavini və Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Xaçmaz Regional Sınaq Laboratoriyasının açılışında iştirak ediblər.

Daha sonra Agentlik nümayəndələri Xaçmaz şəhəri Tarix Diyarşünaslıq Muzeyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda və yerli struktur bölmələrdə işlə təmin olunmaq üçün müraciət edən vətədaşlarla görüşüb. Görüşdə Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarından Azərbaycan Qida Təhlükəsizliyi İnstitututunda işləmək üçün müraciət edən iddiaçılar iştirak edib.

Əvvəlcədən elan olunmuş ixtisas istiqamətləri üzrə müraciət edən vətəndaşlarla görüşən Agentliyin sədr müavini Balarəhim Quliyev iş üçün müraciət edən iddiaçıları dinləyib, onların peşəkarlıq səviyyəsi ilə tanış olub. İşlə təmin olunmaq istəyən vətəndaşların müraciətləri qeydiyyata alınıb və vakant vəzifələrə uyğun olan iddiaçılarla bağlı aidiyyəti struktur bölmələrə tapşırıqlar verilib.

Görüşdə vətəndaşlara dövlət başçısının qida təhlükəzisliyi ilə bağlı son dövrlərdə imzaladığı fərman və sərəncamlar haqqında məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.