Xaçmazda kürəkən qayınana və qayınatasını güllələyərək öldürübbackend

Xaçmazda kürəkən qayınana və qayınatasını güllələyərək öldürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xaçmazda kürəkəni tərəfindən güllələnərək xəsarət alan kişi xəstəxanada ölüb.

“Report”un Şimal bürosunun məlumatına görə, kürəkəni R.Osmanov tərəfindən ov tüfəngindən açılan atəşlə ağır xəsarət alan Beykəs Mirzəcan oğlu Yunusov yerləşdirildiyi Xaçmaz rayon Mərkəzi Xəstəxanasında ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

09.40
Xaçmaz rayonununda qətl hadisəsi baş verib.

Rayonun Ləcət kənd sakini, 1974-cü il təvəllüdlü Rəhman Osman oğlu Osmanov ov tüfəngilə qaynanası və qaynatasına atəş açıb.

1963-cü il təvəllüdlü Sona Aslan qızı Yunusova hadisə yerində ölüb, Beykəs Mirzəcan oğlu Yunusov isə Xudat şəhər xəstəxanasının təcili tibbi yardım avtomobili ilə Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırılıb, vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.