Xaçmazda ağac kəsən şəxs cəzalandırılıbbackend

Xaçmazda ağac kəsən şəxs cəzalandırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Mərkəzin Xaçmaz meşəbəyliyində 3 palıd ağacının kəsildiyi məlum olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən TİA.AZ-a bildirilib ki, araşdırma zamanı ağacların Oğuz şəhər sakini Cavanşir Abışov tərəfindən kəsildiyi və təbiətə 2 165 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi üçün Oğuz rayon Prokurorluğuna göndərilib.