Xaçmazda 16 ağac kəsən şəxslə bağlı toplanmış materiallar prokurorluğa göndərilibbackend

Xaçmazda 16 ağac kəsən şəxslə bağlı toplanmış materiallar prokurorluğa göndərilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Xaçmaz rayon Qaraçaycek bələdiyyə ərazisində yaş köküstə 28-44 sm diametrində 16 ədəd qovaq ağacının kəsildiyi aşkar edilib.

Bu barədə TİA.AZ-aNazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Araşdırma zamanı ağacların Xaçmaz rayon Xaspoladoba kənd sakini Elman Həmzəliyev tərəfindən kəsildiyi müəyyən olunub.

Faktla bağlı E.Həmzəliyev barəsində akt tərtib edillib və təbiətə 5700 manat məbləğində ziyan dəydiyi məlum olub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Xaçmaz rayon Prokurorluğuna göndərilib.