Xaçkarların sirri… – Erməni tarixçi soydaşlarının xəstəliyini lağa qoydu (VİDEO)backend

Xaçkarların sirri… – Erməni tarixçi soydaşlarının xəstəliyini lağa qoydu (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Xaçkarlar çox gözəl tarixdi. Hələ qədim zamanlarda yaratmağı öyrəndiyimiz bu daş xaçlar tariximizin ən yaxşılarından biridir. Və yaşadığımız hər yerdə, hər torpağa xaçkarlar basdırıb, oranı gözəlləşdirmişik”.
Qaynarinfo xəbər verir ki, bu sözləri tanınmış erməni tarixçi Filip Ekozyants öz “Videopoez” Youtube kanalında Laçından ermənilərin köçündən sonra gündəmə gələn erməni xaçkarları söhbətinə reaksiya verərkən deyib.
O öz video-söhbətinə verdiyi başlıqda xaçkarların nağıl olduğuna eyham vuraraq, belə bir qeyd yazıb: “Xaçkarların sirri. Ancaq yatmazdan əvvəl qulaq asın…”
Tarixçi daha sonra söhbətinə belə davam edib:
“Yeri gəlmişkən, indi bizim dünyanın haralarında yaşamış olduğumuzu bilmək çox asandır. Bir yerdən ki xaçkar tapıldı, vəssalam, demək, biz orada yaşamışıq. Bunu, necə deyərlər, sübut eütməyə gərək yoxdu, Günəş kimi, səma kimi bir şeydi – nəyini sübut edəcəksən? Çox gözəl tarixdi, elə deyilmi?
Xaçkarları XIX əsrin sonlarında tapmağa başlayıblar və adamlar dərhal anlayıblar ki, biz ermənilər hər yerdəyik – Şərqi Türkiyə, Gürcüstan, müasir Ermənistan, Azərbaycan. Bu, hələ hamısı deyil, hamısı tapılmayıb. Belə… çox gözəl və sirli tarix…
Bilirsinizmi, orada ən sirli olan nədi? Məncə, XIX əsrin axırına, lap XX əsrə kimi o xaçkarları görən olmayıb. 18-ci, 17-ci, 16-cı əsrə kimi, olmayıb, görən olmayıb onları. Bəlkə də görüblər? Ancaq haqqında yazan olmayıb. Bəlkə də fikirləşiblər ki, əşi, onsuz da dünyanın hər yerində xaçkarlar var da, daha nəyini yazaq?
Ancaq belə deyil. Niyə görməyiblər? Çünki onlar sadəcə olmayıb. Bəli, ona görə görən olmayıb. Bəlkə belə deyil, hə? Sonra isə, dadamm, birdən-birə xaçkarları hər yerdə tapmağa başlayıblar. Bu ki, əsil sehrbazdlıqdı! Yox idilər və birdən peyda oldular, özü də kosmik sayda. Bilirsiniz də, XX əsrdə onları tapdılar və başa düşdülər ki, onların tapıldıqları yerdə, oralarda ancaq ermənilər yaşayıb, başqa heç kim. Hə? Harda xaçkar var, demək ora ermənilərindir. Ona görə ki, başqaları belə bir şey etməyiblər, nəsə quraşdlırmayıblar. Beləliklə möcüzə! Yox idi və heçdən var oldu. Əsil möcüzə, deyilmi, ay erməni qardaşlar? Çox gözəl tarix! Mənə elə gəlir, dünyada heç kimin ağlına belə bir şey gəlməyib. Nə isə, gecəniz xeyirə qalsın…” – tarixçi fikrini tamamlayıb.
Kanalın abunəçilərindən biri belə bir qeydlə Filipin çıxışını dəstəkləyib:
“Filip, bir həftə əvvəl Laçında baş verən daha bir gülməli əhvalatı yazım. Azərbaycanlı jurnalist E.Fətullayev Zabuxun Çavuşyan adlı kənd icra başçısı ilə söhbət edib. O, jurnalistə sübut edib ki, ata-babası IV əsrdən bu kənddə yaşayır. Jurnalist ona deyib ki, dostum, amma şəxsən sən 1992-ci ildə Livandan bura köçmüsən. O, əvvəlcə heyrətə gəlib, onu müşayiət edən polkovnik rütbəli rus sülhməramlısına baxıb, sonra bildirib ki, onun əcdadları ötən əsrin əvvəllərində işləmək üçün Livana gedibmişlər. İndi isə onlar geri dönüblər”.