X-XI siniflərdə dərslər distant formada davam etdiriləcək – RƏSMİbackend

X-XI siniflərdə dərslər distant formada davam etdiriləcək – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Bəziləri üçün ənənəvi tədrisə qayıdış düzgün qərar kimi qəbul edilsə də, bir çoxlarına da vaxtında verilməmiş qərar kimi görünür. Mayın 17-dən əyani tədrisin qismən bərpa olunması qərarı müzakirələr və aparılan təhlillərdən sonra verilib”.
TİA.AZ-ın məlumatına görə, bu barədə Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsi üzərindən pandemiya dövründə tədrisin təşkili, müəllimlərin işə qəbulu və yerdəyişməsi, 1-ci sinfə qəbul və təhsil haqqı ödənişlərində sosial paketlərlə bağlı suallara cavab verərkən deyib.
O bildirib ki, Təhsil Nazirliyi hər zaman əyani tədrisə qayıtmağın tərəfdarı olub:
“Uşaqların sosial-psixoloji inkişafı, parta arxasında oturması vacibdir. İnanırıq ki, bu mənada valideynlər övladlarını məktəbə göndərəcək. X-XI sinif şagirdləri hələ də dərslərini distant formada davam etdirəcəklər”.
E.Əmrullayev bildirib ki, şərait imkan verən məktəblərdə tədris həftədə 5 gün olacaq:
“Şagirdlərin məktəbdə və yaşıdları ilə ünsiyyətdə olması vacibdir. Sadəcə çıxılmaz vəziyyətdə qaldıqda distant tədrisə keçid barədə düşünürük”.