Tribuna İnformasiya Agentliyi

“Xəzər günü” ilə əlaqədar Buzovna çimərliyi ərazisində iməcilik keçirilib

11 Avqust

“Xəzər günü” ilə əlaqədarEkologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Buzovna çimərliyi ərazisində dəniz sahilinin plastik və digər tullantılardan təmizlənməsi məqsədilə iməcilik keçirilib.

İməcilikdəTəhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin, BMT-nin Azərbaycan nümayəndəliyinin,“AzEkol” MMC-nin, “EkoSfera” İctimai Birliyinin nümayəndələri,  ictimaiyyət təmsilçiləriiştirak edib.

Tədbirin keçirilməsində məqsədXəzər dənizinin və sahil zonasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirməkdir.

Keçirilən aksiya zamanı5 hektar ərazi tullantılardan təmizlənib, 10 m3 tullantı çeşidlənərək aidiyyəti üzrə daşınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən keçirilən ekoloji aksiya və tədbirlərdəfəal iştiraklarına, yaxından əməkdaşlıqlarına görə Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin, BMT-nin Azərbaycan nümayəndəliyinin, “AzEkol” MMC-nin, “EkoSfera” İctimai Birliyinin fəaliyyətini ETSN xüsusi vurğulayır və təşəkkürünü bildirir.

Bildiririk ki, belə aksiyalar Xəzər dənizinin Azərbaycana aid olan şimaldan cənuba qədər bütün sahil zolağı boyunca həyata keçirilir.

Xatırladaq ki, 12 avqust 2006-cı il tarixindən  Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası qüvvəyə mindikdən sonra hər il 12 avqust “Xəzər günü” kimi qeyd olunur.

TİA.AZ