“Wizz Air” yay mövsümü üçün Rusiyaya bütün uçuşları ləğv etdibackend

“Wizz Air” yay mövsümü üçün Rusiyaya bütün uçuşları ləğv etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Macarıstanın aşağı büdcəli aviaşirkəti “Wizz Air” yay mövsümü üçün Rusiyaya bütün reyslərini ləğv edib, həmçinin müvafiq marşrutları bronlaşdırma sistemindən çıxarıb.
TİA.AZ xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
“Wizz Air” vəziyyəti daim izləyir, ona görə də oktyabrın 30-dək Rusiyaya və Rusiyadan tam yay mövsümü cədvəli ləğv ediləcək. Uçuşlar bron sistemindən çıxarılır”, deyə aviaşirkətdən bildirilib.
“Wizz Air” sərnişinlərə hər hansı əlavə dəyişiklik barədə məlumat verəcək.
Qeyd edək ki, rəsmi olaraq “Wizz Air” 2022-ci il martın 8-də Rusiya hava limanlarına uçuşların tamamilə dayandırıldığını elan edib.
Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü başlayandan sonra Avropa İttifaqı Rusiyaya məxsus, Rusiya qeydiyyatında olan və nəzarət edilən təyyarələr üçün hava məkanını bağladığını elan edib.
Eyni zamanda, demək olar ki, bütün Avropa aviaşirkətləri Rusiyadan Avropaya uçuşları dayandırıb.