Wi-Fi-yın növbəti nəslinin xüsusiyyətləri açıqlandıbackend

Wi-Fi-yın növbəti nəslinin xüsusiyyətləri açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qualcomm”, “MediaTek”, “Broadcom” şirkətləri Wi-Fi 7-ci nəslinə aid çiplər üzərində çalışmalara başlayıb.TİA.AZ Digitimes”-a istinadən xəbər verir ki, Wi-Fi 6 və Wi-Fi 6E standartlarının xələfi olacaq Wi-Fi 7 (802.11be) məlumatları ikiqat sürətlə ötürmək, habelə əhatə dairəsini daha da artırmaq imkanı yaradacaq. Qeyd olunur ki, yeni simsiz rabitə standartı əvvəlki modemlərdə də işləyəcək.

Ekspertlərə görə, yeni standartın texnologiyası 2-3 il sonra hazır olacaq.