“WhatsApp”ın qurucusu istefa verdibackend

“WhatsApp”ın qurucusu istefa verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“WhatsApp”ın qurucusu və şirkətin CEO-su Jan Koum vəzifəsindən istefa verib.

“Qafqazinfo”nun xarici KİV-ə istinadən məlumatına görə, Koum bu barədə “Facebook” səhifəsində elan edib:

“Texnologiyadan kənar mənə zövq verən işlərə vaxt ayıra bilmək üçün bir müddət çalışmağa fasilə verəcəyəm”.

Jan Koumun sözlərinin əksinə olaraq, “Washington Post” qəzeti onunla, “WhatsApp”ı 2014-cü ildə 19 milyard dollara satın alan “Facebook” rəhbərliyi arasında anlaşılmazlıq olduğunu və bu səbəbdən Koumun istefa etdiyini yazıb. İddialara görə, Koum “Facebook”un kriptoqrafik kriteriyalarının zəiflədilməsi, “Facebook”- “WhatsApp” arasındakı şəxsi məlumat ötürmələrinin gücləndirilməsi tələblərinə qarşı çıxırdı.

Nuranə

Koum “Komandamız hər zamankından daha güclü və möhtəşəm işlər ortaya qoymağa davam edəcək. “WhatsApp”dan kənarda da olsa, dəstək verməyə davam edəcəyəm” söyləyib.