Tribuna İnformasiya Agentliyi

“WhatsApp”da yeni funksiya: Artıq çoxlu mesaj sizi bezdirməyəcək

19 İyul
“WhatsApp” mesajlaşma platformasında qruplarda və ya şəxsi yazışmalarda ardı-arası kəsilməyən ismarışlardan qurtulmaq üçün yeni funksiya istifadəyə verilib.
“Qafqazinfo” “NTV”yə istinadən xəbər verir ki, artıq bir qrupdan və ya şəxsdən 50-dən çox ismarış gələrsə, bildiriş panelində həmin söhbəti səssizə almaq mümkün olacaq.
Funksiya hazırda “WhatsApp” tətbiqinin “Play Store”dakı “Beta 2.18.216” versiyasında aktivdir.
Hazırda sınaq mərhələsində olan funksiyanın yaxın vaxtlarda hər kəs üçün əlçatan olacağı gözlənilir.