“WhatsApp” səsli ismarıcları mətnə çevirəcəkbackend

“WhatsApp” səsli ismarıcları mətnə çevirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın aparıcı ismarıc mübadiləsi xidməti – “WhatsApp” “iPhone” istifadəçilərinə səsli ismarıcları mətnə çevirmək imkanı verəcək.

TİA.AZ xarici mətbuata istinadən xəbər verir ki, yeni funksiya hələlik işlənmə mərhələsindədir və yaxın vaxtlardakı yenilənmədə beta-testçilər üçün əlçatan olacaq.

Onu aktivləşdirmək üçün istifadəçi tətbiqə xüsusi icazə verməli olacaq. Mətn onlayn rejimdə deşifrə ediləcək və avtomatik olaraq messencerin şifrələnmiş məlumatlar bazasında yaddaşa düşəcək. Əgər səsli mesaj çox uzundursa istifadəçi mətnə çevirmək istədiyi hissəni özü seçə biləcək.