“Whatsapp” istifadəçilərinə XƏBƏRDARLIQ: Bu xidmət pullu olacaqbackend

“Whatsapp” istifadəçilərinə XƏBƏRDARLIQ: Bu xidmət pullu olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əgər diqqətli olmasanız, dünyanın ən məşhur onlayn mesajlaşma proqramı olan “WhatsApp”a edilən dəyişiklik ciblərinizi yandıra bilər.

Yayılan xəbərlərə görə, Metanın mesajlaşma xidməti “WhatsApp” söhbətlərinizin ehtiyat nüsxəsini çıxarma üsulunu təkmilləşdirərək, pullu xidmət təklif etməyi planlaşdırır.

Bu məqamda bir vacib məlumatı da qeyd etmək lazımdır. Texnologiya nəhəngi “Google Diskin” ehtiyat nüsxələri üçün limitsiz yaddaşının tezliklə sona çata biləcəyi ilə bağlı açıqlamalar da verib. “WhatsApp” üçün yeniliklər dərc edən “WABetaInfo”nun məlumatına görə, “WhatsApp” və “Google” arasında məhdudiyyətsiz yaddaş müqaviləsi artıq başa çatacaq. Beləliklə, istifadəçilər müəyyən kvotaya qədər öz mesajlarının ehtiyat nüsxəsini pulsuz olaraq “Drive”da saxlaya biləcəklər, lakin kvota keçdikdən sonra ödəniş etməli olacaqlar.

Hazırda “Google Disk” 15 GB bulud yaddaşını pulsuz təklif edir. “WhatsApp Android” istifadəçiləri hələlik pulsuz və kvotasız ehtiyat nüsxəsini çıxarmağa davam edə bilərlər. Çünki bu məlumatlar hələlik tam dəqiqləşmədiyindən şirkət tərəfindən nə zaman pullu xidmət sisteminə keçirilməsi ilə bağlı tarix deyilmir.